Prezident İlham Əliyev Tailand kralını təbrik etdi

11:20 05.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya məktub ünvanlayıb.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Oxunma sayı 123
Siyasət rubrikasından digər xəbərlər