Dövlət başçısının tapşırıqları əsasında son illər aparılan köklü sosial islahatlar sosial ödənişlərin, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsini xeyli genişləndirib.
Hafta.az xəbər verir ki, 2022-ci ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.
Qeyd edək ki, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.