Prezidentin köməkçisi Aİ ölkələrinin səfirləri ilə görüşüb

21:35 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitter hesabında paylaşım edib.

"Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik, fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.