Prokurorluq əməkdaşları uçqun olan yerdə araşdırma aparırlar

14:38 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq əməkdaşları Yasamalda uçqun olan yerdə araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müayinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.