Prokurorluq küçədə tapılan körpə meyiti ilə bağlı araşdırmalara başladı

10:29 18.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Masazır qəsəbəsində küçədə ölmüş körpə meyitinin tapılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılıb.

 

Sellofan torbaya qoyularaq küçəyə atılan körpə vəfat edib.