Putin Çinə iki nüvə çantası ilə gedib

09:10 20.10.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin Çinə səfər zamanı əvvəllər bir olduğu bilinən iki nüvə çantası ameralara düşüb.

Hafta.az-ın yazdığına görə, Putinin Çin prezidenti Si Cinpinlə görüşündən sonra onu mühafizəçilərin əhatəsində görüblər və o, başqa bir görüş üçün zalı dəyişdirərkən arxasınca hər biri çanta daşıyan uniformalı iki Rusiya Hərbi Dəniz Qüvvələrinin zabiti gəlib.

Putinin kamerada ona nüvə hücumu əmrini verə biləcək nüvə portfeli ilə görünməsi çox nadir haldır.

Rusiyanın nüvə portfellərini ənənəvi olaraq Hərbi Dəniz Qüvvələrinin zabiti aparır. “Çeget” (Qafqazdakı Çeget dağının adından ilhamlanaraq) adı ilə tanınan bu portfel daim Rusiya prezidentinin yanındadır.

Putin oktyabrın 17-də Çinə gedib. Bu səfər onun Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri bu ölkəyə ilk səfəri idi.

Siyasət rubrikasından digər xəbərlər