Putin hazırlıqları tamamladı - ARTIQ AN MƏSƏLƏSİDİR

17:05 22.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu bu gün qoşunların yenidən qruplaşdırılmasını başa çatdırır və genişmiqyaslı hücuma başlamaq və uğurlarını, ilk növbədə, Donetsk əməliyyat bölgəsində möhkəmləndirmək üçün bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin ən həssas yerlərini müəyyən etməyə çalışır.

Hafta.az UNİAN-a istinadla bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Ümumkrayna İnformasiya Telemarafonunun efirində məlumat verib.

"Ümumiyyətlə, hazırda düşmən qoşunların yenidən qruplaşdırılmasını başa çatdırır. O vaxta qədər Belarus ərazisində, bizim şimal sərhədlərimizə yaxın ərazidə cəmləşən bütün tabor taktiki qrupları indi Ukraynanın şərqinə keçirilir. Bu, birincisi. İkincisi, Düşmən indi genişmiqyaslı hücuma başlamaq və uğurlarını, ilk növbədə, Donetsk əməliyyat bölgəsində möhkəmləndirmək üçün bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin ən həssas yerlərini müəyyən etməyə çalışır”, - Skibitski bildirib.

Xatırladaq ki, Rusiya açıq şəkildə bəyan etmişdi ki, Ukraynaya qarşı müharibənin “ikinci mərhələsi” zamanı Donbas və Ukraynanın cənubunu tamamilə işğal etməyi planlaşdırır. Donbasa nəzarət işğal olunmuş Krıma quru dəhlizi yaratmağa və “Ukrayna Silahlı Qüvvələrinin həyati əhəmiyyətli obyektlərinə təsir göstərməyə” imkan verəcək.

Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiya Federasiyasının elan etdiyi hədəflərə reaksiya verərək qeyd edib ki, işğalçıların əvvəlki planları Ukrayna ordusu və xalqı tərəfindən darmadağın edilib.