Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadirovanı ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Hafta.az-ın yazdığına görə, rəsmi informasiya portalında dərc olunan sərəncamda deyilir ki, medal “Çeçenistan nazirinin ölkənin mədəniyyət və incəsənətinin inkişafındakı nailiyyətlərinə görə” verilib.
24 yaşlı Ayşat Kadirova 2021-ci ildə atası, Çeçenistanın lideri Ramzan Kadırov tərəfindən muxtar respublikanın mədəniyyət naziri təyin edilib.
Bu arada prezident Putin Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin rəhbərləri Ravil Qaynutdinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi Albir Krqanova “Volqa bolqarları tərəfindən İslamın qəbulunun 1100 illiyi ilə bağlı bayram tədbirlərinin (ötən il tamam olub) təşkili və qeyd edilməsində göstərdikləri xidmətlərə görə minnətdarlığını bildirib.
Putin həmçinin bəzi müsəlman təşkilatlarının rəhbərlərini dinlərarası və millətlərarası münasibətlərin harmoniyasına verdiyi töhfələrə görə fəxri fərmanlarla təltif edib.