Putin Rusiyanın dörd "yeni regionuna" prokurorlar təyin edib

20:30 29.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Rusiyanın dörd yeni regionuna prokurorların təyin edilməsi haqqında fərman imzalayıb. Beləliklə, Donetsk Xalq Respublikasında Andrey Spivak, Luqansk Xalq Respublikasında - Qleb Mixaylov, Kirill Osipçuk Zaporojye vilayətinin, Xerson vilayətinin prokuroru isə Andrey Petrov təyin edilib.

Bütün prokurorlar beş illik müddətə təyin olunurlar.

Xatırladaq ki, noyabrda Rusiyanın baş prokuroru İqor Krasnov öz fərmanı ilə LDNR, eləcə də Xerson və Zaporojye vilayətlərinin prokurorluqlarını formalaşdırıb.