Putin və Lukaşenko dekabrın 19-da Minskdə görüşəcək

12:09 16.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Hafta.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Putin Belarusa işgüzar səfər edəcək. Qeyd olunur ki, “danışıqların proqramının zəngin olacağı gözlənilir. Geniş formatda söhbətə başlayırlar. Burada dövlət başçıları, eləcə də iki ölkənin hökumət üzvləri, nazirlik və idarələrin rəhbərləri iştirak edəcəklər. Bu formatda tərəflər Belarus-Rusiya inteqrasiyasının ən aktual məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəklər”.

"Bundan sonra prezidentlər təkbətək formatda danışıqları davam etdirəcəklər, bundan sonra onların bəyanatlarla çıxış etmələri və jurnalistlərin suallarını cavablandırmaları gözlənilir", - Lukaşenkonun mətbuat xidməti əlavə edib.