Putin və Paşinyan arasında telefon danışığı olub

14:25 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.

V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Oxunma sayı 29