Rusiyada Liberal Demokrat Partiyasından olan deputatlar müharibə əleyhinə aksiyalarda çıxış edənlərin hərbi xidmətə çağırılması haqqında qanun layihəsini təqdim ediblər.
Hafta.az xəbər verir ki, LDPR-dən olan deputatlar Yaroslav Nilov və Andrey Luqovoy müharibə əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunanların hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
"Ölkəmizdə hərbi əməliyyatın keçirilməsi ilə razılaşmayan və qanunu pozmağa hazır olan, onu dayandırmağa çalışan insanlar var. Onlar əməliyyatın gedişi ilə bağlı bilərəkdən yalan məlumatlar yayıblar, hər cür cəhd edirlər. Silahlı Qüvvələrimizi və ölkənin siyasi rəhbərliyini nüfuzdan salır, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır, başqa qanunsuz əməllər törədirlər, yəni əslində Donetsk və Luqansk Respublikalarının ərazisində sülhün və təhlükəsizliyin bərqərar olmasına qarşı çıxırlar.
Görünür, belə şəxslər Kiyev rejiminin bu Respublikaların ərazisinə çevirdiyini öz gözləri ilə görməlidirlər”, - qanun layihəsinin izahatında deyilir.