Rusiya prezidenti Vladimir Putinin biri doğma, digəri ögey olan iki anası var və bu barədə əvvəllər də mətbuatda xəbərlər yayılmışdı.

Hafta.az-ın yazdığına görə, Putinin rəsmi həyat hekayəsində deyilir ki, vaxtilə anası ilə atası birlikdə yaşayıb və indiki prezident Vladimir dünyaya gəlib. Ancaq bu məsələ istər Rusiyanın özündə, istərsə də xarici ölkələrdə çox da qəbul olunmur.
Dövlət başçısının başqa bir yaşam hekayəsində isə deyilir ki, onun əsl anası gürcüdür və hələ də həyatdadır. Bildirlir ki, qadının indiyədək dünyadan təcrid şəkildə yaşaması və ya gizlədilməsinin səbəbi Putinin qeyri-qanuni evlilikdən dünyaya gəlməsinin üstünün açılmasına yol verməməkdir.

Rəsmi mənbələrdə Vladimir Putinin rəsmi anasının Mariya Şelomova (Mariya İvanovna Putina) olduğu bildirilir. Mariya Şelomovanın 1911-ci ildə doğulduğu və 1998-ci ildə Sankt Petersburqda 87 yaşında vəfat etdiyi deyilir.

Kremlin rəsmi səhifəsində Vladimir Putinlə anası Mariya Şelomovanın 1958-ci ildə - Putin 6 yaşında olarkən - çəkildiyinə inanılan şəkil var. Fotoşəkil Vladimir Putinin şəxsi arxivindən götürülüb. Amma iddia olunur ki, həmin şəkildəki qadın Putinin əsl anası deyil. Çünki həmin qadın Gürcüstanda yaşayır.
Putinin əsl anası Vera Putina kimdir? Vera Putina Gürcüstanın paytaxtı Tiflis şəhəri ətrafındakı Metehi adlı köyde yaşayır. Özüylə aparılan müsahibələrdə qadın deyib ki, 1926-cı ildə Ural dağının ətəyində yerləşən kiçik rus qəsəbəsi Oçyor ətrafındakı kəndlərdən birində doğulub. O, iddia edir ki, körpə vaxtlarında bir oğlan övladı itkin düşüb və bu uşaq məhz indiki Rusiya prezidenti Vladimir Putindir.

Vera Putina müsahibəsində qeyd edib ki, əslində Putini rəsmi nikahla dünyaya gətirməyib. “Vova” diyə çağrılan Vladimirin atası isə Platon Privalov adlı biri olub. Deyir qeyri-qanuni dünyaya gələn Vladimiri, Daşkəndə köçüb ailə qurduğu əri Georgi Osepaşvili istəməyib. Ona görə də Vladimiri hansısa ailəyə vermək məcburiyyətində qalıb.

Vera Putinanın qızlarından Luba isə deyirmiş ki, yaşadıqları kənddə heç kim Vladimirin bu ailədən biri olmadığından şübhələnməyib. Luba hətta iddia edib ki, vaxtilə Rusiya məxfi idarəsindən gəlib anasından qan nümunələri də götürüblər.
Vera Putina ilə bir kənddə yaşayan qonşulardan Dali Gzirişvili isə Vladimir Putinlə eyni məktəbə getdiyini deyib. Amma bütün bunlar rəsmi mənbələrə əsasən təsdiqlənmədiyi üçün şübhəli qalır.

Maraqlıdır ki, 2003-cü ildə İneke Smiths adlı holland rejissor “Putin’s Mom” adlı sənədli film də çəkib və orada Vera Putinanın iddialarına yer verib.
Bildirilir ki, Putinin əsl anasının yaşadığı Metehi kəndi rus təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən ən yüksək səviyyədə mühafizə olunub və hətta kəndə gəlim qadınla təmas quranların hamısı aradan götürülüb. Xüsusilə də, Vera Putina ilə müsahibə edərək, haqqında sənədli film çəkən rusiyalı jurnalist Artyom Borovik təyyarə qəzasında həlak olandan sonra bu iddialar artmağa bağlayıb. Eyni zamanda, italiyalı jurnalist Antonio Russo da öldürülmədən öncə Vera Putina ilə müsahibə edibmiş.