Hipersəs raket texnologiyası üzərində işləyən üç rusiyalı alim “çox ciddi ittihamlarla” üzləşib. TASS xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Federasiyası Prezidentinin spikeri Dmitri Peskov deyib.
Ötən gün Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin alimləri açıq məktub dərc edərək, ictimaiyyətin diqqətini həmkarlarının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əsassız şəkildə təqib etmələrinə yönəltməyə çalışıblar. Söhbət dövlətə xəyanətdə ittiham olunan hipersəs raket texnologiyaları sahəsində mütəxəssislərdən gedir. Onlardan biri üç həftə əvvəl, qalanları isə ötən il həbs edilib.
Peskov deyib ki, Kreml alimlərin müraciətini görüb, lakin onlar vəziyyətə müdaxilə edə bilmirlər.
"Rusiya xüsusi xidmət orqanları işləyir, öz funksiyalarını yerinə yetirirlər. Bu, çox ciddi ittihamdır. Təbii ki, insan ancaq məhkəmənin qərarı ilə təqsirli bilinə bilər. Və təbii ki, bəzi istintaq hərəkətləri zamanı bizdə heç bir mövqedən danışmağa haqqı yoxdur”, - deyə o, jurnalistlərin sorğusunu cavablandırıb.
Qeyd edək ki, son bir neçə gündə Putinin möcüzəvi silah adlandırdığı KİNJAL raketləri Ukraynadakı Petriot sistemləri vasitəsi ilə vurulub. Bununla da Kreml sahibinin “dünyada bu raketləri tuta və ya saxlaya biləcək sistem yoxdur” bəyanatı puç olub.