Qanunsuz ağac kəsilməsi faktı müəyyən edilib

18:00 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağacların kəsilməsi faktı araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.