Qanunsuz erməni birləşmələrinin postları vurulmalıdır - Politoloq

15:41 17.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionda Qarabağla bağlı problemlər qalır. Amma problemlər Azərbaycandan yox, Ermənistan və xüsusilə Rusiyadan qaynaqlanır.

Bunu politoloq Məhəmməd Əsadullazadə hafta.az-a İlham Əliyevin CNN Türk-ə verdiyi müsahibəsində verilən mesajlardan danışarkən deyib. O bildirib ki, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır:

“Azərbaycan 10 Noyabr Bəyannaməsinə və 11 yanvar üçtərəfli razılaşmasına qol çəkib. Azərbaycan gözləyirdi ki, Rusiya və Ermənistan öhdəliklərə əməl edəcək və bəyannamənin 4-cü bəndində göstərildiyi kimi, erməni silahlı qüvvələri bölgədən çıxarılacaq. Proseslərin indiki mərhələsində Rusiya buna əməl etmir. Bu Azərbaycanın problem deyil.

Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi, Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonrada verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər.

Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, İrəvan hər fürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra saxlanılan erməni diversantlar Ermənistana qaytarılmaycaq".

Politoloq bildirib ki, Rusiya Ermənistanı silahlandırılmaqla, artıq İrəvanla sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəyini göstərir:

“Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və "Zəngəzur" dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər, Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi".

M.Əsədullazadə bildirib ki, indiki mərhələdə də siyasi partiyalar bu problemin həlli istiqamətində Azərbaycan hakimiyyətinə dəstək verməlidir.