Qanunsuz keçirilən dərman preparatları aşkar edilib

16:44 07.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə hafta.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Belə ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.