Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

11:34 07.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Hafta.az-a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 pulemyot, 1 tapança, 23 qumbara, 17 alışdırıcı, 28 tüfəng, 2 patron darağı və 5841 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.