Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

12:00 06.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 qumbara, 7 tüfəng, 6 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - DİN-dən bildirilib.