Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

12:18 25.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2.82 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Bunu hafta.az-a xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, hazırda iş üzrə araşdırma davam edir.