“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

17:26 23.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” üç futbolçusu ilə əməkdaşlığa son qoyub.

Hafta.az xəbər verir ki, bu haqda klub məlumat verib.

Klub Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb. 

Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandada çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.

“Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq” - açıqlamada bildirilib.