“Qarabağ“ "Ayaks"a 8:0 uduzdu

16:20 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Ayaks” klubunun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

"Azərsun Arena"da reallaşan görüş rəqibin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komanda daha əvvəl keçirdiyi beş oyunun hamısında uduzub.