“Qarabağ” dünya reytinqində daha 14 pillə irəliləyib

15:03 12.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Hafta.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb.

“Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da qərarlaşıb.

 "Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

"Araz-Naxçıvan" (66,5) 355-dən 391-ə, "Zirə" (65,5) isə 380-dən 407-yə enib.

Qeyd edək ki, 501 futbol klubunun yer aldığı reytinq cədvəlində 537 xalla Fransanın PSJ klubu başçılıq edir.