Qarabağda daha 39 mina aşkarlanıb

15:59 18.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.12.2023 - 17.12.2023) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 22 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 234 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 326,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.