Qarabağda mina təmizlənməsində istifadə olunan itlərin sayı

10:24 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq təzyiqlər nəticəsində Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin 25%-i doğrudur".

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin müavini Fərid İsayev "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Ermənistan tərəfindən Azərbaycana verilən mina xəritələrinin səhv olması bizim işimizə təsir edir. Ümumilikdə 113.698 ha ərazi təmizlənib. Bu günə qədər 30.763 piyada əleyhinə, 18.546 tank əleyhinə mina zərərsizləşdirilib. 2075 nəfər mina təmizləyən, 151 mina təmizləyən itdən, 63 mina təmizləmə maşınından istifadə edilir”, - o deyib.

Oxunma sayı 134