Qarabağda zərərsizləşdirilən minaların sayı AÇIQLANDI

13:38 01.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Hafta.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 734,7 hektar ərazi minadan təmizlənib.