Xankəndindən qaçan və özünü buraxdığını elan edən separatçı rejimin qalıqları İrəvanda fəallaşmağa başlayblar. Paşinyanın butun qadağalarına baxmayaraq qondarma rejimin qondarma parlament üzvləri yenidən «iclas» keçirtmək qərarına gəliblər.
“Hraparak” qəzeti yazır ki, bir neçə gün əvvəl qondarma parlamentin bütün nümayəndələri «Artsax nümayəndəliyinə» toplaşaraq gələcək planları müzakirə ediblər.
“Əsas prioritetlər parlamentin yaxın vaxtlarda iclasının keçirilməsi ilə bağlı idi. Bizə dedilər ki, bu məsələdə hər beş qüvvə arasında siyasi konsensus var ki, tezliklə parlamentin sessiyası çağırılsın və normal iş bərpa olunsun.
İndi gündəliyi müzakirə edirlər, hansı məsələlərin yer alması lazımdır
Nəzərinizə çatdıraq ki, sentyabr hadisələrindən sonra Artsax parlamenti sessiya çağırmayıb”.