“Qarabağ”ın yay hazırlıq planı bəlli olub

14:02 02.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında 2-ci yeri tutan “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

Hafta.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin məlumatında bildirilib.

Bildirilib ki, komanda təlim-məşq toplanışına iyunun 10-da Bakıda start verəcək. İlk mərhələ iyunun 21-dək davam edəcək. “Köhlən atlar” iyunun 22-dən iyulun 2-dək isə Avstriyada toplanış keçəcək. Ölkə xaricindəki hazırlıq çərçivəsində azı üç yoxlama görüşü nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək. Komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.