Qaradağda yol-nəqliyyat hadisəsi baş verib

10:51 05.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, 2001-ci il təvəllüdlü Qurbanov Elşən Məzahir oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

 
Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.