Qatarların qrafik üzrə hərəkəti tam bərpa edilib

17:27 04.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yollarə” QSC-nin (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dan hafta.az-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəymədiyi məlum olub.

“Yük qatarlarının hərəkəti tam bərpa edilib. Sərnişin qatarları da hazırda qrafik üzrə hərəkət edir”, - məlumatda qeyd olunur.