Qax sakini üzərinə meşədə ağac düşərək ölüb

09:39 03.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.