Qazanxanada dəhşətli partlayış - Bir maşın yararsız hala düşüb

09:21 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.