Qazaxıstan buğda idxalına qadağa qoydu

09:00 22.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 21-dən etibarən Qazaxıstan ərazisinə xaricdən buğda idxalına qadağa qoyulub.

Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ilin birinci yarısında buğda idxalı 1,3 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin illik idxal həcminə demək olar ki, bərabərdir və Qazaxıstanın daxili bazarında ötən ildən kifayət qədər buğda ehtiyatı qalıb.

Bu il taxıl məhsulu bol olacaq, ötən ildən qalan ehtiyatlarla birlikdə taxıl bazarında tələb-təklif tarazlığını pozacaq dərəcədə profisit olacağı gözlənilir.

Buna görə də üçüncü ölkələrdən, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrindən Qazaxıstan ərazisinə bütün növ nəqliyyat vasitələri ilə buğda idxalının qadağan edilməsi barədə qərar qəbul edilib. Kənd Təsərrüfatı Nazirliyinin əmri avqustun 21-dən qüvvəyə minir və 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.