Qazaxıstan Çinə yeni dəmir yolu çəkir

09:10 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çini Orta Asiyaya, oradan da Rusiya və Avropaya birləşdirəcək yeni dəmir yolunun təməli qoyulub.

Hafta.az-ın yazdığına görə, Qazaxıstanın şərqindəki Abay vilayətində 272 kilometr uzunluğunda “Bahtı-Ayagöz” dəmir yolu xəttinin tikintisinə başlanılıb.

Ölkənin nəqliyyat potensialının gücləndirilməsində mühüm rol oynayacağı gözlənilən dəmir yolu xəttinin qoşa relsli olması və 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Dəmir yolu xəttində 11 qatar stansiyası, 47 körpü, 23 dəmir yolu və 8 avtomobil yol ötürücüsü, 5 piyada körpüsü tikiləcək.

Dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra iki ölkə arasında sərhəd qapılarının sayı 3-ə çatdırılacaq.

Bundan əlavə, Qazaxıstanla Çin arasında yükdaşıma qabiliyyəti 28 milyon tondan təxminən 48 milyon tona yüksələcək.