Qazaxıstan məhsul ixracını 45 milyard dollara çatdıracaq

10:30 21.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakaliyev hökumətin iclasında bildirib ki, Qazaxıstan məhsul ixracını 45 milyard dollara çatdırmaq niyyətindədir.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, 2029-cu ilə qədər 45 milyard dollarlıq hədəfə nail olmaq üçün ixracın artırılması məqsədilə aşağıdakı bir sıra istiqamətlər müəyyən edilib. İlk növbədə diqqət Çinə yönəlib.

“Qarşımıza məqsəd qoymuşuq - ortamüddətli perspektivdə hazır məhsul ixracını 2,5 dəfə artıraraq 12,5 milyard dollara çatdıraq. Ticarət dövriyyəsinin artırılması istiqamətində Avrasiya İqtisadi İttidaqı və Mərkəzi Asiya ölkələri ilə dərin işbirliyi davam etdiriləcək və lazımi transsərhəd ticarət infrastrukturu yaradılır”, - deyə Arman Şakaliyev bildirib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Qazaxıstandan Çinə qeyri-əmtəə mallarının ixracı 5 milyard dollar təşkil edib.

Nazir həmçinin qeyd edib ki, Yaxın Şərqdə tələbat yüksək olan soyudulmuş quzu əti, quş əti və içalat kimi yüksək marjalı məhsulların tədarükünün artırılması üzərində iş aparılır.

"Bizim üçün prioritet istiqamət həm də Qazaxıstandan ərzaq və üzvi məhsulları almağa hazır olan Avropa İttifaqı bazarlarıdır", - Arman Şakaliev əlavə edib.

Oxunma sayı 239