Qazaxıstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

14:13 18.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.

Hafta.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqlar zamanı strateji partnyorluğun inkişafı, o cümlədən iqtisadi-ticarət, nəqliyyat-logistika və mədəni-humanitar əməkdaşlıq müzakirə olunacaq.

Danışıqların yekunu olaraq ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Oxunma sayı 122
Siyasət rubrikasından digər xəbərlər