Qazaxıstan səfirliyi 20 Yanvar faciəsi ilə bağı paylaşım edib

10:03 20.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, səfirliyin feysbukdakı səhifəsində Azərbaycan xalqına başsağlığı verilib:

“Ümumxalq hüzn günü - 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, Qazaxıstan Səfirliyi qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir və müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edir”.

Oxunma sayı 438
Siyasət rubrikasından digər xəbərlər