Qazaxıstan-Tacikistan hərbi əməkdaşlığı genişləndirilir

11:21 16.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb.

Hafta.az Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Senatı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.

Sənəd 2024-cü il avqustun 22-də Düşənbədə imzalanıb və siyasət, müdafiə, ticarət, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tərəflər arasında ticarət dövriyyəsi artıq 1 milyard ABŞ dollarını keçib və bu göstəricinin 2 milyard dollara çatdırılması hədəflənir. Sənəd, həmçinin parlamentlərarası əlaqələrin və regional əməkdaşlığın daha da gücləndirilməsini əhatə edir.