Qazaxıstanın taxıl ehtiyatları 6 milyon tondan artıqdır

09:15 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın hökumət iclasında kənd təsərrüfatı naziri Aydarbek Saparov taxıl ixracı problemlərini müzakirə edib, yeni məhsul yığımına qədər daşınmaların artırılması və elevatorların boşaldılması ilə bağlı tapşırıqlar verib.

Hafta.az-ın yazdığına görə, Qazaxıstanda ümumi anbar tutumu 13,2 milyon tondan çox olan 191 lisenziyalı taxıl qəbulu müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin maddi-texniki bazasının yeni yığılan məhsulun qəbuluna hazırlığı plan üzrə aparılır. Bundan əlavə, 15,8 milyon ton tutumlu taxıl anbarı var ki, bu da gözlənilən məhsul həcmini kifayət qədər əhatə edir.

Taxılın təhlükəsizliyini təmin etmək üçün yeni taxıl anbarlarının tikintisi, mövcud taxıl anbarlarının genişləndirilməsi nəzərdə tutulur. 2024-2026-cı illər ərzində hər birinin tutumu 30,2 min ton olan 5 yeni taxıl anbarının istifadəyə verilməsi nəzərdə tutulur.

İyulun 1-nə Qazaxıstanda taxıl ehtiyatı 6,1 milyon ton təşkil edib ki, bunun da 5 milyon tonu buğda, onun da 4 milyon tonu ərzaqlıq buğdadır. 2024-cü ilin yanvar-may ayları ərzində 2,6 milyon ton taxıl ixrac edilib. Qazaxıstan taxılının əsas alıcıları Özbəkistan, Çin, Tacikistan, İtaliya və Əfqanıstandır.

Maraqlıdır ki, Çinə ixrac 66 faiz artıb. 2023-cü ilin ilk 5 ayı üçün 152,8 min ton olan Çinə taxıl ixracı 2024-cü ilin eyni dövründə iki dəfə artaraq 254,2 min tona yüksəlib.