“Qazprom”un hasilatı son 34 ildə ən aşağı səviyyəyə enib

10:57 09.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada təbii qaz hasilatı 2023-cü ildə 5,5 faiz azalaraq 636,7 milyard kubmetrə düşüb.

Hafta.az-ın yazdığına görə, bu barədə baş nazirin müavini Aleksandr Novak məlumat verib. Mediada əks olunan şərhlərdə “Qazprom”un qaz hasilatının həcminin şirkətin 34 illik tarixində ən aşağı səviyyə olduğu bildirilir.

SSRİ Qaz Sənayesi Nazirliyi onu dövlət qaz şirkətinə çevirdiyi 1990-cı illə müqayisədə “Qazprom” hasilatın üçdə birini, yəni təxminən 200 milyard kubmetr itirib.

“Kommersant” qəzeti yazır ki, ölkənin ən böyük istehsalçısı “Qazprom”un istehsalı 9 faiz azalaraq 404 milyard kubmetr olub. Bununla belə hökumət ümid edir ki, Şərqə ixrac sürət qazandıqca bu il hasilat rəqəmləri müəyyən qədər bərpa olunacaq.

Novak, hasilatın dekabrda 3,8 faiz artaraq 63 milyard kubmetr olduğuna diqqət çəkib. "Qazprom"un hasilatı dekabrda da 5 faiz artıb.

Rusiyanın 2024-cü ildə hasilatının 650-655 milyard kubmetr arasında olacağı gözlənilir.