Qəbələ sakinləri odlu silahları polisə təhvil veriblər

21:52 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.