Yazını böyüt
Yazını kiçilt
Qəbələyə istirahətə gedən ailə faciə ilə üzləşib.
Hafta.az xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində baş verib. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini, 2021-ci il təvəllüdlü C.Qasımova (şərti) Qəbələ rayonu, Vəndam qəsəbəsində kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.