Qəbul imtahanının ikinci cəhdinə qeydiyyat iyunun 5-dən 25-dək aparılacaq

16:00 21.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İmtahanın birinci cəhdində qeydiyyatdan keçə bilməyənlər və ya hər hansı səbəbdən iştirak edə bilməyənlər iyunun 5-dən 25-dək qeydiyyatdan keçə bilər və iyul ayında imtahanlarda iştirak edə bilər.

Hafta.az xəbər verir ki, bunu DİM-in şöbə müdiri Xanlar Xanlarzadə II və III ixtisas qrupları üzrə qəbul imtahanı ilə əlaqədar keçirilən canlı yayımda söyləyib.