Qərb Azərbaycanı təxribata çəkmək məqsədi güdür - Rəşad Bayramov

14:28 29.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın sürətlə silahlandırılması, Qərbdə Ermənistana hücum olacağı ilə bağlı aparılan kampaniya, ayrı-ayrı beynəlxalq qurumların - Avropa Parlamentinin, Avropa İttifaqının, Avropa Şurasının son vaxtlar davamlı şəkildə Azərbaycana qarşı qərəzli bəyanatları və iddiaları onu deməyə əsas verir ki, Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən ayrı-ayrı güclər təkcə Ermənistanı nəzarətə götürmək yox, eyni zamanda ölkəmizi öz təsiri altına salıb, Rusiyanın da regiondan tamamilə sıxışdırılıb çıxarılmasını qarşılarına məqsəd qoyublar. Burda Ermənistandan siyasi alət kimi istifadə olunur”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Qərbin, Avropa Birliyinin, Avropa Şurasının Azərbaycana qarşı sanksiya tətbiqi, qərəzli iddiaları ilə bağlı açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Avropa, Qərb dairələrinin regionda gərginlik ocağını saxlamaq istəyi üçüncü tərəflərin maraqlarına xidmət edir. Çünki Azərbaycanla Ermənistan arasında sülh əldə olunacağı halda həmin o güclərin regionda öz layihələrini həyata keçirməsi mümkün deyil. Qərb, Fransa bütün imkanları ilə Ermənistanı silahlandırmaq və Azərbaycanı təxribata çəkmək məqsədi güdür.

R.Bayramov hesab edir ki, regionda gərginliyi artırmaq istəyən qərb dairələri Azərbaycanın Ermənistandan gələn təxribatlara cavab verəcəyini öz maraqları naminə istifadə etməyi düşünürlər.

“Hesab edirlər ki, Ermənistanın təxribatları nəticəsində yarana biləcək qarşıdurma zamanı KTMT və Rusiya buna biganə münasibət göstərəcək və bundan da istifadə edən Qərb Rusiyanın Ermənistanın təhlüksziliyini təmin edə bilməyəcəyi bəhanə edib regiona qüvvə yerləşdirəcəkdir. O baxımdan da Paşinyanın KTMT fəaliyyətlərini dondurması, ümumiyyətlə həmin qurumdan çıxması ehtimalları, Ermənistandakı hava limanından Rusiya sərhədçilərinin çıxarılması, Ermənistanda sərhəd bölgəsində Rusiya sərhədçiləri tərəfindən əraziləri keçən ermənilərin sənədlərinin yoxlanılması ilə bağlı verilən bəyanatlar ona xidmət edir ki, Ermənistan Rusiya ilə bütün bağlarını qoparsın. Bu Qrbin Ermənistanın qarşısında qoyduğu tələblərdir və Ermənistan bu tələblərə faktiki olaraq boyun əyir”.

Politoloq bildirib ki, bununla da öz tarixində ilk dəfə müstəqil dövlət olmaq imkanı yaranan Ermənistan bu dəfə Fransanın müstəmləkəsi olmağı seçdi. Çünki bir xarici qüvvəni ərazisindən çıxarıb, başqa ölkənin qüvvələrini orada yerəşdirmək Ermənistanı qul vəziyyətinə salacaq.

R.Bayramov eyni zamanda qeyd edib ki, Ermənistanla Fransa arasında kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı olan razılaşmanən 4 sərhəd ölkənin mənafelərinə ziddir.

“Bu, Azərbaycnla yanaşı, həm də İranın haqlı etirazına səbəbə olacaq. Artıq Ermənistanın verdiyi bəyanatlara görə Aropa İttifaqı müşahidə missiyasının səlahiyyətlərinin, eləcə də say tərkibinin artırılması planlaşdırılır. Hətta yeni cəlb olunacaq müşahidəçilərin artıq Azərbaycan, Türkiyə sərhədlərinə yerləşdiriləcəyi ilə bağlı planlardan danışılır. Bütün bunlar deməyə əsas verir ki, Qərb indiyə qədər Rusiyanın qoruduğu Ermənistan sərhədlərini müşahidə missiyası adı altında öz təsiri altına salır. Bunun region üçün nəticəsi ağrılı olacaqsa, ən çox əziyyət çəkən Ermənistan olacaq. Baş verən münaqişə istər -istəməz Qərblə Avropa arasında paliqona çevirəcək və bu da Ermənistanın mövcudluğunu təhlükə altına salır”.

Oxunma sayı 204
Siyasət rubrikasından digər xəbərlər