Qərb qapısı bağlandı, rus milyarderlər istiqaməti dəyişdi

10:03 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı milyarderlər sanksiyalara baxmayaraq, şirkətlərindən dividend almağa davam edirlər.

Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Rusiyada neft, nikel və minerallar sahəsində iş adamları 2022-ci ilə qədər təxminən 10 milyard dollar gəlir əldə ediblər.

Sanksiyalara görə xarici bazarlara sərmayə qoya bilməyən rusiyalı milyarderlər sərmayələrini yerli bazarlara yönəldiblər. “Bloomberg” Rusiya bazarlarına sərmayə qoyan milyarderlərə misal olaraq “Lukoil”un təsisçisi Vahid Ələkbərovu göstərir. O, “Norilskiy Nikel"in sahibi Vladimir Potaninlə Rusiyanın internet nəhəngi Yandex-in 51 faizini almağa hazırlaşdıqlarını açıqlayıb.

Leonid Mixelson və Gennadi Timçenko da enerji məhsullarının bahalaşması hesabına külli miqdarda gəlir əldə edən rusiyalı milyarderlər sırasında göstərilib.

Rusiyanın ən varlı adamlarının sərvəti 2023-cü ilin əvvəlindən 17,6 milyard dollar artıb.