Bu gün Heydər Əliyev Mərkəzinin ərazisində Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət mövzusunda geniş tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycanın tarixi abidələrini ifadə edən maket lövhələr, milli geyim və məişət əşyalarından ibarət mədəniyyət nümunələri nümayiş olunub. Qərbi Azərbaycan mədəniyyəti ayrı-ayrı kiçik guşələrdə özünün tarixi eksponatları, süfrəsi ilə böyük bir keçmişin gələcəyə inamla daşınması milyonlarla qərbi azərbaycanlının undiki Ermənistan ərazisində olan öz tarixi torpaqlarına qayıdışının gerçəkləşəcəyi ifadəsini tərənnüm edib.
Tədbirdə Qərbi Azərbaycan icmasının rəhbəri, Əziz Ələkbərli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, deputatlar Məlahət İbtahimqızı, Hikmət Babaoğlu və digər ziyalılar, QHT, media nümayəndələri, eləcə də Qərbi Azərvaycanın böyüyən gəncləri iştirak ediblər. Tədbirə qatılan xarici qonaqlara bu səyahətin məqsədi, mahiyyətindən danışılıb. İştirakşı deputatlar, tarixçi və alimlər bu görüşün Qərbi Azərbaycana qayıdış konsepsiyasının davamı olduğunu qeyd edərək, bu xalqın öz yurduna qayıdacağından əminliklə danışıblar.
Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a bildirib:
-Mədəniyyət Nazirliyi və Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən bu tədbir mühüm əhəmiyyətə malikdir. Burada Qərbi Azərbaycan mədəniyyətinin, mətbəxinin, maddi-mədəniyyət nümunələrinin bir hissəsi nümayiş etdirilir.
Bu, Qərbi Azərbaycan Mədəniyyətinin, Böyük Azərbaycanın tərkib hissəsinin göstəricisidir. Çünki mədəniyyət bir milətin əsrilər boyu formalaşdırdığı maddi və mənəvi dəyərlərin məcmusudur. Qərbi Azərbaycan coğrafiyası da həmişə milli mədəniyyətimizin formalaşdırdığı mərkəzlərdən biri olub. Bu gün biz bu sərgidə gördük ki, burda nümayiş etdirilən nümunələr həm özünəməxsusdur, həm də bütövlükdə Azərbaycan mədəniyyətinin tərkib hissəsidir.
Bu, 30 ildən çoxdur ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuş Qərbi Azərbaycanlıların vətənə qayıtmaq ümidlərinin bir göstəricisidir. Hazırki mərhələdə Qəqbi Azərbaycanlılarn öz vətənlərinə qayıtması müzakirə olunur. Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qaydış konsepsiyası ilə bağlı səsləndirdiyi çox strateji konsepsiyalar həyata keçməkdədir. Bunun da ən yaxşı nümunəsi Ermənistan Azərbaycan danışıqalarının 6-cı raundunda Avropa İttifaqı Prezidneti Şarl Mişelin Qərbi Azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmasının zəruriliyi və bu bununla bağlı danışıqların aparılmasını dilə gətirməsi oldu. Bu da Qərb Azərbaycanlılarda böyük coşqu və ümid yaradıb. Əminəm ki, hər bir millətin taleyində etno-mədəni böyümələr, kiçilmələr baş verir. Düşünürəm ki, tarixi zəfərimizdən sonra biz öz etno-mədəni coğrafiyamızın hər qarşında yenidən milli mədəniyyətimizi dirçəldib orda yaşayacağıq”.
Qərbi Azərbaycan icmasını üzvü, hərbi ekspert Telman Qasımov bu ildən başlayaraq Qərbi Azərbaycanla bağlı belə layihələrin daha da aktivləşməsinə start verildiyini deyib. Onun szölərinə görə, bu il Qərbi Azərbaycanla bağlı xeyli sayda filmlərin, sərgilərin hazırlanması təşkil olunur. Qərbi Azərbaycanla bağlı hazırlanan layihələrin ardıcıl təqdimatları olacaq. Ekspert qeyd edib ki, burada Qərbi Azərbaycan mətbəxindən İrəvan sücuqları, İrəvan kətələri, təbii çay bitkiləri və sair nümunələrin təqdimatı təbii ki, həm də birmənalı şəkildə yeni nəslin maariflənməsinə təbliğinə yönəldilib.
Mədəniyyət Nazirinin müavini Səadət Yusifova:
-Məqsəd vaxtilə Qərbi Azərbaycanın yaylaqlarında xalqımzın keçirdiyi şənliklərin əhval-ruhiyəsini burada canlandırmaqdır. Bu tədbirin ulu öndərin 100 illiyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçrilməsi də rəmzi xarakter daşıyır. Vaxtilə ulu öndər ədalətin bərpa olunacağına inanırdı. İnanıdı ki, vaxt gələcək Qərbi Azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Və Azərbaycan prezidenti İlham Əliyevin, Ali Baş komandanın rəhbərliyi altında 44 günlük zəfər əldə ediləndən sonra artıq mümkün olmayanlar mümükün görünür. İnşaallah yeni reallıqlar çərçivəsində sülh müqaviləsi imzalananadan sonra Qərbi azərbaycanlılar öz yurdlarına dönəcəklər, yenidən qurub-yaradacaqlar, yenidən öz mədəniyyətlərini çiçəkləmndirəcəklər”.