Qətərdə miqrantlara qarşı 26 sui-istifadə halı: "Bu, aysberqin görünən tərəfidir"

11:10 12.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Dünya Kuboku başlayandan bəri Qətərdə miqrant işçilərə mənfi təsir göstərən 26 sui-istifadə halı qeydə alınıb. Amma bu, rəqəmlərin “aysberqin görünən tərəfidir”.

Hafta.az-ın "The İndependent"ə istinadən yazdığına gğrə, bu barədə Biznes və İnsan Haqları Resursları Mərkəzi (BHRRC) bildirib. Məlumatın orjinal mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:  https://www.independent.co.uk/sport/football/world-cup/qatar-migrant-worker-abuse-deaths-b2242182.html. Qeyd olunub ki, aşkarlanmış hallar arasında işçilərin əmək şəraitinin pozulması barədə 15, ifadə, yerdəyişmə və birləşmək də daxil olmaqla əsas azadlıqların məhdudlaşdırılması barədə 9, sağlamlıq və təhlükəsizlik pozuntuları barədə 16, Qeyri-insani və ya qeyri-müəyyən həyat şəraitinin qeyd edildiyi 6 və işçilərin şifahi və ya fiziki zorakılığa məruz qaldığı bildirilən 2 hal var.

Fəhlələr 11 halda əməkhaqqının ödənilmədiyini, 6 halda isə işə qəbul üçün rüsum verdiyini bildiriblər, 8 halda fəhlə ölümləri qeydə alınıb. 

Bundan başqa, 17 halda tikinti işçilərinə ziyan dəyib, 6 halda Əl-Beyt, Beynəlxalq Xəlifə və Lusail stadionlarını tikən, onları qoruyan və ya onların yaxınlığında işləyən işçilər zərər çəkib.

2016-cı ildən bəri BHRRC Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 863 sui-istifadə halını qeydə alıb və bunun yarısı Qətərin payına düşür - 433 sui-istifadə halı. 

Qətər rəsmisi Həsən əl-Tavadi etiraf edib ki, yüzlərlə əməkçi miqrant Dünya Kuboku stadionlarının tikintisi zamanı həlak olub. Əl-Təvadi televiziyaya verdiyi müsahibədə turnir prosesində həlak olan işçilərin sayının ilk dəfə olaraq “400 ilə 500 arasında” olduğunu və Dohanın daha əvvəl elan etdiyindən xeyli çox olduğunu söyləyib.

Qətər, həmçinin Səudiyyə Ərəbistanı yığmasının dünya çempionatında məşq mərkəzi kimi xidmət edən obyekti təmir edərkən qəzaya uğradığı bildirilən filippinli işçinin ölümünü də araşdırır.

Filippinin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada həmyerlilərindən birinin dekabrın 8-də paytaxt Dohanın cənubundakı obyektdə işləyərkən öldüyünü təsdiqləyib.

Bu arada, "The Independent" məsələyə münasibət öyrənmək üçün FİFA ilə əlaqə saxlasa da, cavab ala bilməyib.