Ermənilərin Azərbaycan ərazilərində terror aktları törətməsi rus hərbçilərinin “acizliyini” və yaxud 10 noyabr bəyanatına əhəmiyyətsiz yanaşılmanı ortaya qoymaqla yeni reallıqlar yaradır. Reallıq ondan ibarətdir ki, terrorçu saxlanılıb Azərbaycana verilməli olduğu halda separatçı ermənilərə təhvil verilir və erməni ictimaiyyəti, qeyri-hökumət təşkilatları terrorçudan qəhrəman düzəldib onu dəstəkləyirlər.
Erməni ictimaiyyətinin terrorçunu dəstəkləyən çıxışları Azərbaycan ictimaiyyəti tərəfindən beynəlxalq ictimaiyyətə necə təqdim olunur?
Əlil Qadınlar İctimai Birliyinin sədri Məhluqə Qaramanlı hafta.az-a bildirib ki, beynəlxalq ictimaiyyət erməni terroruna qarşı mübarizəyə qalxmalıdır. Onun sözlərinə görə, bunun üçün də Azərbaycanda bütün vətəndaş cəmiyyətləri şəbəkə halında prosesə qoşulmalı və son faktlarla bağlı dünya ictimaiyyətini məlumatlandırmalıdır.
M.Qaramanlı bildirib ki, əgər Ermənistan QHT-ləri terorçunu qəhrəman kimi təbliğ edrsə, bu, dünyada terorçuluğun genişlənməsinə rəvac verəcək. Dünya bunu bilməli və təkcə Azərbyan yox, bütün dünya QHT-ləri ayağa qalxmalıdır.
M.Qaramanlı bildirib ki, Azərbaycan QHT-ləri erməni terrorçularının Şuşada törətdiyi cinayətlərə görə hiddətlənir və sosial şəbəkələr üzərindən erməni ictimaiyyətini haqq-ədalətə dəvət edirlər.
“Amma bu azdır. Azərbaycan QHT-ləri terror və terroru dəstəkləyən erməni ictimaiyətinin iç üzünü açıb beynəlxalq təşkilatlara göstərməlidir. Erməni həyasızlığı nə vaxta qədər davam edəcək. Amma ayrı-ayrı statuslar yazmaqla da heç nəyə nail olmayacağıq. Bütün QHT-lər bu sistemə qoşulub terrora “yox” deməlidir. Erməni terrorunu dünya tanımalıdır. Beynəlxalq qurumlara, beynəlxalq təşkilatlara müraciət olunmalıdır ki, terroru dayandırın. Burda sülhməramlılar da ikili oyunlar oynayır, erməniyə dəstək verirlər. Necə ola bilər ki, terrorçunu tutub ermənilərə veribər”.