Qırğızıstanda məktəb və universitetlər mobil telefondan istifadəni qadağan etməyi planlaşdırır.
Hafta.az-ın Vesti.kg-ya istinadən yazdığına görə, Qırğızıstanın Təhsil və Elm Nazirliyi müvafiq qərar layihəsini ictimai müzakirəyə təqdim edib.
Mənbənin sözlərinə görə, bununla bağlı ictimai müzakirəyə çıxarılan qərar layihəsinə əsasən, tələbə və müəllimlərdən təhsil müəssisəsinə daxil olarkən telefonlarını səssiz rejimə keçirmələri tələb olunur.
Şagirdlər və tələbələr telefonlarını sinif otaqlarında xüsusi yerlərdə qoymalı olacaqlar, onlar yalnız tənəffüs zamanı və ya fövqəladə hallarda istifadə edilə bilər.
Tədris prosesində mobil cihazların enerji ilə doldurulması və çəkiliş üçün istifadəsi də yasaqlanacaq.
Tədris prosesi ilə bağlı olmadıqca müəllimlərə də dərsdə telefondan istifadə etmək qadağan ediləcək.