Qırmızı işıqda yolu keçən qızı maşın vurdu

16:40 26.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə qızı maşın vurdu.

Hafta.az xəbər verir ki, qəza Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

Belə ki, "Xəzər" markalı avtomobil piyadalar üçün qırmızı işıq yanarkən gözlənilmədən qarşısına çıxan yeniyetmə qızı vurub. Piyada xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb./qafqazinfo/